Türkiyədə universitetdə yanğın baş veribbackend

Türkiyədə universitetdə yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Sarıyer bölgəsində İstanbul Texniki Universitetinin rektorluq binasında yanğın baş verib.

NOCOMMENT xəbər verir ki, yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın saat 15:00 radələrində İstanbul Texniki Universitetində baş verib.

Əldə edilən məlumata görə, rektorluq binasının çardağında naməlum səbəbdən yanğın baş verib. Damdan tüstü qalxdığını görənlər dərhal yanğınsöndürənlərə məlumat veriblər.

Xəbər verildikdən sonra hadisə yerinə çoxlu yanğınsöndürən və polis qrupları göndərilib. Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.