Türkiyədə uzun müddətdən sonra yoluxma sayı 1000-dən aşağı düşübbackend

Türkiyədə uzun müddətdən sonra yoluxma sayı 1000-dən aşağı düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə daha 20 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasından həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” hesabında infeksiyadan ölənlərin ümumi sayının 5402-ə çatdığını billdirib.

Nazirin sözlərinə görə son 24 saatda 43 231 şübhəli koronavirus testindən keçib, onlardan 992-nin cavabı pozitiv çıxıb və bu gün daha 1049 xəstə sağalıb.

Qeyd edək ki, Türkiyədə indiyədək 214 993 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, 196 720 nəfər müalicə olunaraq evə buraxılıb.

Nazir Türkiyədə COVID-19 infeksiyasına yoluxma sayının 33 gündən sonra təkrar mindən aşağı düşdüyünü qeyd edib.