Türkiyədə yaşayan 354 azərbaycanlıya pasport verildibackend

Türkiyədə yaşayan 354 azərbaycanlıya pasport verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Hökuməti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Türkiyə Respublikasına mühacirət etmiş, hazırda orada qeyri-qanuni yaşayan və Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal edilən şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə zəruri yardımın göstərilməsi məqsədilə bir sıra tədbirlər görülməkdədir.

Ölkəmizin İstanbuldakı baş konsulluğundan NOCOMMENT.az-a bildiriblər ki, dekabrın 23-də diplomatik nümyəndəliyimizdə 354 vətəndaşımıza Azərbaycan Respublikasının ümumvətəndaş pasportu təqdim edilib.

Hüquqi sənədlərini alan vətəndaşlarımız illərdən bəri həllini gözləyən problemə son qoyulmasına görə dövlətimizə dərin minnətdarlıqlarını ifadə ediblər.

Yuxarıda qeyd olunan proseslə bağlı rəsmi məlumatda bildirilir ki, məsələ üzrə aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və Türkiyə tərəfi ilə razılaşdırmaqla nümayəndə heyəti vətəndaşlarımıza müvafiq yardımın göstərilməsi üçün bu il oktyabrın 27-dən noyabrın 7-dək, eyni zamanda, noyabrın 25-dən dekabrın 7-dək İstanbul şəhərində səfərdə olub. İşçi qrupu üçüncü səfər çərçivəsində hazırda İstanbul şəhərində fəaliyyətini davam etdirir.

Qeyd olunub ki, 2022-ci il dekabrın 23-dək işçi qrupu tərəfindən 2075 şəxs qəbul edilib, onlardan 1265 nəfərin pasport rəsmiləşdirilməsi, 159 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi üzrə sorğuları icraata yönəldilib, 13 nəfərdən bioloji valideynlik analizi götürülüb, eləcə də 107 digər konsulluq əməliyyatı həyata keçirilərək, 531 şəxsin müraciətləri üzrə müvafiq maarifləndirmə işi aparılıb.

İşçi qrup bildirir ki, müvafiq layihənin 2023-cü ildə də davam etdirilməsi nəzərdə tutulub.