Türkiyədə yeni virus xəbərdarlığıbackend

Türkiyədə yeni virus xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yayılan yeni növ virus səbəbilə kəsimxanalara getmək istisna olmaqla, bütün heyvan kəsimləri qadağan edilib, heyvan bazarları da bağlanıb.

NOCOMMENT xəbər verir ki, Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin tabeliyində olan baytar və texniki işçilərin icazələri ləğv edilib.

Türkiyənin müxtəlif vilayətlərində heyvanlarda görülən SAT-2 tipli ayaq-ağız virusu səbəbilə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin təlimatı çərçivəsində ölkə daxilində heyvan bazarları bağlanıb. Nazirlik heyvanlar arasında bu xəstəliyin yayılmasının qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirib.