Türkiyədə yerli təyyarə uçuşları başlayıbbackend

Türkiyədə yerli təyyarə uçuşları başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə koronavirus sonrası normallaşma dövrünün bu gün iyunun 1-dən başlaması ilə əlaqədar yerli təyyarə uçuşları bərpa olunub.

NOCOMMENT.az xəbər verir ki, bunu nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu İstanbuldan Ankaraya normallaşma dövrünü açan uçuşdan əvvəl İstanbul Hava Limanına epidemiya sertifikatının təqdimat mərasimində çıxışı zamanı bildirib.

Koronavirusla bağlı lazımi təhlükəsizlik tədbirlərinin görüldüyü hava limanlarına müvafiq sertifikatlar verildiyini deyən nazir hazırda ölkədə bu sertifikatı alan İstanbul, Sabiha Gökçən və Esenboğa, İzmir Adnan Menderes, habelə Antalya və Trabzon hava limanlarına uçuşların açıldığını, daha sonra digər hava limanlarının da normal fəaliyyətini bərpa edəcəklərini diqqətə çatdırıb.

O, hava limanlarında təhlükəsizlik tədbirlərindən danışaraq, ilk növbədə maska taxmaq, sosial məsafə saxlamaq, fərdi və təşkilati gigiyena tədbirlərinin görülməsini, işçi heyətinin də fərdi qoruma ləvazimatından istifadə etməsini başlıca şərt olduğunu bildirib.

Xatırladaq ki, Türkiyənin xarici xətlərində uçuşlar bu il martın 27-də, daxili xətlərdə isə aprelin 3-də dayandırılmışdı.

Xarici xətlərdə uçuşların bərpasına toxunan nazir bildirib: “Prezidentimizin rəhbərliyi ilə xarici uçuşları yenidən başlamaq üçün görüş və çalışmalarımız davam edir”.

Xarici ölkələrə uçuşların başlamça tarixinin isə koronavirusla bağlı cari vəziyyətə görə Nəqliyyat və İnfrastrukturu Nazirliyinin Elmi Komitəsi tərəfindən veriləcək tövsiyə əsasında təyin ediləcəyi vurğulanıb.

Bundan əvvəl “Türkiyə Hava Yolları” İdarə Heyətinin sədri İlkər Aycı xarici xətlərdə uçuşlarına iyunun 10-dan tez başlamayacaqlarını bildirmişdi.

Report