Türkiyədə yoluxma sayı artmaqda davam edirbackend

Türkiyədə yoluxma sayı artmaqda davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyədə daha 21 nəfər koronavirusun qurbanı olub.

NOCOMMENT.az xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” səhifəsində qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 912 olub.

Nazirin sözlərinə görə son sutkada Türkiyədə COVID-19-a 1 243 yoluxma qeydə alınıb. Ümumilikdə koronavirus xəstələrinin sayı 245.635 nəfərə çatıb.

F.Koca qeyd edib ki, son bir gündə 968 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 228 057 nəfərə yüksəlib.

Son sutkada COVID-19-la bağlı 66.892 test aparılıb. Hazırda koronavirus testlərinin ümumi sayı 5 521 880-dir.