Türkiyədə yoluxma sayı artmaqda davam edirbackend

Türkiyədə yoluxma sayı artmaqda davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyədə daha 45 nəfər koronavirusun qurbanı olub.

NOCOMMENT.az xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” səhifəsində qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 6 462-dir.

Nazirin sözlərinə görə son sutkada Türkiyədə COVID-19-a 1 596 yoluxma qeydə alınıb. Ümumilikdə koronavirus xəstələrinin sayı 273 301 nəfərə çatıb.

F.Koca qeyd edib ki, son bir gündə 947 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 246 876 nəfərə yüksəlib.

Son sutkada COVID-19-la bağlı 107 927 test aparılıb. Hazırda koronavirus testlərinin ümumi sayı 7 355 862-dir.