Türkiyədə yoluxma sayı azalmağa davam edirbackend

Türkiyədə yoluxma sayı azalmağa davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyədə koronavirusdan daha 23 nəfər həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” səhifəsində qeyd edib ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 5 323-ə çatıb.

F.Kocanın sözlərinə görə son sutka ərzində koronavirusa daha 1 003 nəfər yoluxub. Beləliklə Türkiyədə COVID-19-a yoluxanların ümumi sayı 210 965 nəfərə yüksəlib.

Nazir son 24 saatda Türkiyədə 1 493 nəfərin koronavirusdan sağaldığını, ümumi sayn 191 883 nəfərə yüksəldiyini qeyd edib.

O, 25 iyundan başlayan azalmanın davam etdiyini qeyd edərək, hər kəsi maska və məsafə qaydalarına riayyət etməyə çağırıb.