Türkiyədə yoluxma sayı kəskin artdıbackend

Türkiyədə yoluxma sayı kəskin artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə son 24 saat ərzində daha 63 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz “Twitter” səhifəsində koronavirusdan ölənlərin ümumi sayının 7.119 nəfərə çatdığını bildirib.

Nazirin sözlərinə görə, ölkədə 1.716 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 292.878 nəfərə çatıb.

Nazir qeyd edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son 24 saatda 1 225 nəfər olmaqla 260.058 nəfər təşkil edir.