Türkiyədə yoluxma sayı yenidən 1000-dən yuxarı qalxdıbackend

Türkiyədə yoluxma sayı yenidən 1000-dən yuxarı qalxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.

NOCOMMENT.az xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” hesabında ölkədə virus qurbanlarının sayının 5.784-ə çatdığını bildirib.

Nazir son 24 saatda 53 842 nəfərin koronavirus testindən keçdiyini, onlardan 1.178-nin cavabının pozitiv çıxdığını qeyd edib. Qeyd edək ki, Türkiyədə bu gün daha 1.015 xəstə sağalaraq ümumi say 219.506-a çatıb.

Ölkədə ağır xəstə sayı isə 582 təşkil edir.

F.Koca “Bayram və tətil günlərindəki risklərin yeni nəticələrə səbəb olmasının qarşısını almalıyıq.Tədbirlərdə birliyə ehtiyac var” fikirlərini bildirib.