Türkiyədə yoluxma sayı yenidən artdıbackend

Türkiyədə yoluxma sayı yenidən artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyədə daha 18 nəfər koronavirusun qurbanı olub.

NOCOMMENT.az xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” səhifəsində qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 6.139 olub.

Nazirin sözlərinə görə son sutkada Türkiyədə COVID-19-a 1 443 yoluxma qeydə alınıb. Ümumilikdə koronavirus xəstələrinin sayı 259.692 nəfərə çatıb.

F.Koca qeyd edib ki, son bir gündə 743 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 237 908 nəfərə yüksəlib.

Son sutkada COVID-19-la bağlı 95.943 test aparılıb. Hazırda koronavirus testlərinin ümumi sayı 6 423 409-dur.

F.Koca “Həkimlər var gücləri ilə xəstələri sağaltmağa çalışır. Xəstə sayını tədbirlər azalda bilər. Sonda yenilən virus olacaq” fikirlərini əlavə edib.