Türkiyədə yoluxma yenidən YÜKSƏLDİbackend

Türkiyədə yoluxma yenidən YÜKSƏLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb.

NOCOMMENT.az xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” hesabında ölkədə virus qurbanlarının sayının 5.765-ə çatdığını bildirib.

Nazir son 24 saatda 46 249 nəfərin koronavirus testindən keçdiyini, onlardan 1083-nün cavabının pozitiv çıxdığını qeyd edib. Qeyd edək ki, Türkiyədə bu gün daha 994 xəstə sağalaraq ümumi say 218.491-ə çatıb.

F.Koca “Bayram və tətil zamanı təmas mühitinin ağır nəticələrə səbəb olmasının qarşısını almalıyıq. Hamımız bir-birimizə cavabdehik. Tədbirlərdə birliyə ehtiyac var” fikirlərini bildirib.