Türkiyənin Muğla vilayətində yenidən zəlzələ qeydə alınıb.
NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Datça rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 5 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 54.2 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.