Türkiyədə zəlzələdən xəsarət alanlar xəstəxanaya yerləşdirilibbackend

Türkiyədə zəlzələdən xəsarət alanlar xəstəxanaya yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Adana və Osmaniye bölgələrində zəlzələ zamanı panikaya düşən 8 nəfər hündürlükdən tullanaraq yıxılaraq xəstəxanaya yerləşdirilib.

NOCOMMENT.az xəbər verir ki, Fövqəladə Hallar Rəhbərliyindən (AFAD) verilən məlumata görə, saat 08:44-də Adananın Kozan rayonunda 5,5 bal gücündə zəlzələ baş verib.

Zəlzələ 11,27 kilometr dərinlikdə olub. Adana mərkəzi də daxil olmaqla Osmaniye və Kahramanmaraşdan hiss olunub.

Səhiyyə naziri Fahrettin Koca isə 8 nəfərin hündürlükdən tullanaraq yıxılaraq xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

“Bu gün səhər saatlarında baş verən Adanada Kozan mərkəzli zəlzələdə Adanada 2 nəfər hündürlükdən tullanaraq düşən əşyalar, Osmaniyedə isə 6 nəfər tullanaraq yıxılaraq zərər çəkib. Zərərçəkənlər təcili yardımla xəstəxanalara çatdırılıb. Zəlzələdən zərər çəkmiş xəstələrimizə və xalqımıza ən xoş arzularımızı bildiririk”, – o deyib.