Türkiyədəki əlliyədək azərbaycanlı həkim hərbçilərə yardım üçün Vətənə gəldibackend

Türkiyədəki əlliyədək azərbaycanlı həkim hərbçilərə yardım üçün Vətənə gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı Həkimlər Dərnəyinin təşəbbüsü, Azərbaycanın Türkiyədəki Səfirliyinin və TƏBİB-in dəstəyi ilə Türkiyədə çalışan 43 azərbaycanlı həkim və 2 tibb bacısı könüllü olaraq hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib.

NOCOMMENT-in məlumatına görə, azərbaycanlı həkim heyəti Ankaranın Esenboğa Hava Limanından yola salınıblar.

Türkiyə, Almaniya və ABŞ-da təhsil alan azərbaycanlı həkimlərin və Türkiyədəki həmvətənlərimizin dəstəyi ilə toplanan ianələrlə 2 tona yaxın tibbi ləvazimat da ölkəmizə gətirilib.