Türkiyənin Bolu bölgəsindəki Kartalkaya xizək mərkəzində 78 nəfərin həlak olduğu otel yanğını ilə əlaqədar saxlanılan 14 şübhəli arasında olan otel sahibi Halit Ergül həbs edilib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, aparılan istintaq çərçivəsində daha 2 nəfərin barəsində həbs-qətimkan tədbiri çıxarılıb.
Belə ki, otel sahibi Halit Ergül və otelin baş direktoru, həmçinin otel sahibinin kürəkəni Əmir Aras haqqında həbs qətimkan tədbiri seçilib.