Türkiyədəki partlayışa görə 3 nəfər saxlanılıbbackend

Türkiyədəki partlayışa görə 3 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis əməkdaşları Türkiyənin Sakarya vilayətindəki pirotexnika istehsalı zavodunda baş vermiş partlayışla bağlı iş üzrə üç şübhəli şəxsi saxlayıb.

NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata görə, hadisə ilə əlaqədar müəssisənin rəhbəri və daha iki nəfər saxlanılıb. Şübhəlilər sorğu üçün polis bölməsinə aparılıb.

Qeyd edək ki, Türkiyənin Sakarya vilayətində pirotexnika istehsalı zavodunda baş verən partlayışda 4 nəfər həyatını itirib, 114 nəfər yaralanıb, 3 nəfər isə itkin düşüb.