Türkiyədəki səfir şəhid ailəsini qəbul etdibackend

Türkiyədəki səfir şəhid ailəsini qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Vətən müharibəsi şəhidi, baş leytenant Valeh Məmiyevin ailəsini qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə səfirliyin “Twitter” hesabında bildirilib.

Səfir həmçinin, şəhid övladları Anar İbrahimli, Şəbnəm Qubadova və Vətən Müharibəsi qazisi Anar Mövsümovu da qəbul edib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi, baş leytenant Valeh Məmiyevin ailəsi Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Ankarada səfərdədir.

Xatırladaq ki, V.Məmiyev təlimlər zamanı Hulusi Akara “torpaqlarımızı işğaldan azad edəcəyik” sözünü verib.