Türkiyədən ən çox hərbi məhsullar alan ölkələrin SİYAHISIbackend

Türkiyədən ən çox hərbi məhsullar alan ölkələrin SİYAHISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin keçən il ən çox məhsul ixrac etdiyi ölkə 1 milyard 127 milyon 861 min dollarla ABŞ olub. Müdafiə və aerokosmik ixracatda ABŞ-ı 202 milyon 221 min dollarla Azərbaycan, 180 milyon 547 min dollarla Qətər, 161 milyon 526 min dollarla Birləşmiş Ərəb Əmirlikləri, 159 milyon 667 min dollarla Mərakeş izləyib.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, Türkiyənin müdafiə sənayesi dost və müttəfiq ölkələrin hərbi ehtiyaclarını ən qabaqcıl texnologiyalarla təmin edir. Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, ötən il ölkənin ixracat məhsulları 32,9 % artaraq 225 milyard 367 milyon 676 min ABŞ dollarına çatıb. Müdafiə və aerokosmik sənaye məhsulları isə illik ixracatda 41,5 % artıb.

Müdafiə və aerokosmik sənayesi 2021-ci ildə ixrac rekordu qırıb. Belə ki, müdafiə və aerokosmik sənayesi 2021-ci ildə 3 milyard 224 milyon 786 min ABŞ dolları ilə yeni ixrac rekorduna çatıb.