Türkiyədən gedən suriyalılar üçün 240 min ev tikiləcəkbackend

Türkiyədən gedən suriyalılar üçün 240 min ev tikiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Suriyada rejim və terror təşkilatlarının zülmündən qaçan günahsız vətəndaşlara yardım əlini uzatmağa davam edir.

NOCOMMENT.az xəbər verir ki, Suriyanın şimalında daimi yaşayış layihələri hazırlanıb.

Xərclər Qətər Dövlət İnkişaf Fondu tərəfindən qarşılanacaq və 3 ilə tamamlanacaq evlərdə yalnız Türkiyədə yaşayan qaçqınlar yerləşdiriləcək.

İnvestisiyalar həm də könüllü şəkildə geri qayıdanların sayının artmasına şərait yaratdı. Belə ki, artıq 554 min suriyalı öz vətənlərinə qayıdıb.

Bu sayın artırılması üçün yeni layihələr də hazırlanıb. Onlardan ən mühümü yuxarıda qeyd edilən 240 min yaşayış binasının layihəsidir.

NOCOMMENT.AZ