“Türkiyə hakimiyyəti İsrailə qarşı bəzi yeni əks tədbirlər görməyə qərar verib”.
NOCOMMENT.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan belə deyib. Bildirib ki, bu tədbirlər İsrail tam atəşkəs elan edənə və humanitar yardımın Qəzzaya maneəsiz axınına icazə verənə qədər qüvvədə qalacaq.
Artıq Türkiyənin Ticarət Nazirliyi də 54 növ sənaye məhsulunun İsrailə ixracına məhdudiyyət qoyub. Bildirilir ki, məhdudiyyətlər Qəzzada hərbi əməliyyatlar dayandırılana və anklava humanitar yardımın maneəsiz çatdırılması üçün şərait yaradılana qədər qüvvədə olacaq.
Qadağa əsas polad və alüminiumdan ibarət müxtəlif məhsullara, boya, elektrik naqilləri, aviayanacaq, yağ, gübrə, sənaye texnikasının bəzi növlərinə şamil edilib.