Türkiyədən konsulluqların bağlanması ilə bağlı açıqlamabackend

Türkiyədən konsulluqların bağlanması ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər naziri Süleyman Soylu Hollandiya, İngiltərə, Almaniya və Fransanın İstanbuldakı baş konsulluqlarının müvəqqəti bağlanması qərarı ilə bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, nazir açıqlamasında “Türkiyəyə qarşı psixoloji müharibə aparılır. Hər şey çox net və aydındır” ifadələrini səsləndirib.

Soylu, “Bunlardan birini etsək Türkiyəni dünyaya terror dövləti kimi qələmə verəcəklər. Torbaya girib bizi dişləyənləri tanıyırıq” dedi.

Türkiyə Böyük Millət Məclisinin sədri Şentop, “Türkiyənin yorulması və gözdən salınması üçün bir hərəkət olduğunu açıq şəkildə görürük. Biz görürük ki, Avropada türk, islam, müsəlman düşmənçiliyinə ciddi meyl var və dövlətlər bu yanaşmalara zəmin yaradırlar”.

NOCOMMENT.az