Türkiyədən konsulu öldürən erməninin azadlığa buraxılmasına REAKSİYAbackend

Türkiyədən konsulu öldürən erməninin azadlığa buraxılmasına REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Los Anceles baş konsulumuz, şəhid Kamal Arıkanın qatili, daha əvvəl şərti azadlığa çıxma qərarı çıxarılan erməni terrorçu Ambik Sasunyanın üçüncü ölkəyə deportasiya edildiyi öyrənilib”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Türkiyə XİN-nin mətbuat katibi Tanju Bilgiç nazirliyin rəsmi saytına açıqlamasında deyib.

Adı çəkilən terrorçu ilə bağlı qərarı “terrora güzəşt” kimi qiymətləndirən Bilgiç sözlərinə bunları da əlavə edib:

“Aydındır ki, bu cür qərarlar terroru siyasi məqsədlər üçün istifadə oluna biləcək faydalı alət kimi təbliğ etməyə çalışan dairələrin gündəminə xidmət edəcək. Bu münasibətlə şəhid diplomatımız Kamal Arıkanı və erməni terror təşkilatlarının hücumlarında həyatını itirən bütün şəhidlərimizi bir daha hörmət və rəhmətlə yad edirik”.

Qeyd edək ki, azadlığa buraxılan Ambik Sasunyanın hazırda Ermənistanda olduğu bildirilir.