Türkiyədən Makrona sərt xəbərdarlıqbackend

Türkiyədən Makrona sərt xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aralıq dənizində və ya başqa bir coğrafiyada hər hansı bir ölkənin dəniz yurisdiksiyasını təyin etmək Makron üçün həddini aşmaqdır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Fransa təktərəfli və təxribatçı addımlar atan Yunanıstan və Cənubi Kiprin kor-korənə vəkilliyini etməkdənsə, dialoq tərəfdarı olmalıdır. Bu, eyni zamanda NATO tələbi sayılır. Fransa Prezidenti millətçi mövqeyi ilə gərginliyi təşviq edir və AB-nin maraqlarını riskə atır. Aralıq dənizinin şərq hissəsi ilə sərhədi olmayan, bölgədə hələ də müstəmləkə zehniyyəti ilə hərəkət edən Fransanın Türkiyənin bölgədəki əməkdaşlığını, xarici siyasətini tənqid etməsi yolverilməzdir”.

Qeyd edək ki, Makron açıqlamasında AB-nin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı daha iddialı olmasını bildirib. O vuğulayıb ki, Avropada Türkiyəyə qarşı cəbhə yaratmağa çalışır.