Türkiyə Milli Müdafiə Nazirliyi İsrailin Qəzzaya hücumlarının qəbuledilməz olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, İsrail 34 gündür ki, Fələstinə hücumlarını ara vermədən davam etdirir.
Türkiyə Milli Müdafiə Nazirliyi də mətbuat brifinqində İsrailin Qəzzaya hücumlarından bəhs edib.
“Türkiyə olaraq ilk gündən Qəzza ilə bağlı humanist və ədalətli münasibətimizi davam etdiririk və İsrailin törətdiyi vəhşiliklərin qəbuledilməz olduğunu bir daha bildiririk. İsrailin mülki əhaliyə əhəmiyyət verməməsi, Qəzzada Fələstin xalqını ən elementar hüquqlarından məhrum etməyə yönəlmiş mühasirəyə və kollektiv cəzaya üstünlük verməsi ciddi narahatlıq doğurur”.
Bəyanatda mülki şəxslərə qarşı hücum və əməliyyatların dərhal dayandırılması, Qəzzada təcili ehtiyacların ölkəyə girişinə və yaralıların məhdudiyyətsiz çıxışına icazə verilməsi üçün təkrar çağırış edilib.
NOCOMMENT.AZ