Türkiyədən Rusiyaya qarşı sanksiya EHTİMALI – Yeganə şərt açıqlandıbackend

Türkiyədən Rusiyaya qarşı sanksiya EHTİMALI – Yeganə şərt açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə beynəlxalq hüquqa uyğun hərəkət edir. BMT-nin sanksiyalarına əməl edəcəyik. Balanslı mövqeyimizi qoruyuruq”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Ankaranın Rusiyaya qarşı sanksiyalarda iştirak edib-etməyəcəyinə dair sualı cavablandırarkən deyib.

“Birləşmiş Millətlər Təşkilatında islahatlar aparmalıyıq. Türkiyəyə baxış müsbət mənada dəyişib. Daha güclü Türkiyə gələcəkdə çox daha vacib bir oyunçu olacaq. Mayın 18-də Vaşinqtonda dövlət katibi Entoni Blinkenlə görüşəcəyik, ABŞ səmimi olarsa, lazımi addımları atacağıq”, – nazir mediaya açıqlamasında bildirib.