Türkiyədən TƏCİLİ XƏBƏRDARLIQ: ABŞ-ın Yaxın Şərqdəki mövqeləri təhlükədədirbackend

Türkiyədən TƏCİLİ XƏBƏRDARLIQ: ABŞ-ın Yaxın Şərqdəki mövqeləri təhlükədədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Hakan Fidan hesab edir ki, ABŞ-ın İsraillə münasibətlərinə verdiyi “istisna status” Vaşinqtonun Yaxın Şərqdəki mövqelərinə ciddi zərər vurur.

NOCOMMENT.az xəbər verir ki, nazir “Al Jazeera” və “Qatar TV”yə müsahibəsində bildirib:

“Bilirsiniz ki, Fars körfəzi ölkələrinin, Türkiyənin və prezidentimizin ABŞ-la xüsusi münasibətləri var. Amma Amerikanın siyasi sistemində İsraillə münasibətlər istisna mövqeyə malikdir. Təəssüf ki, bu münasibətlər regiondakı digər ölkələrlə əməkdaşlıqdan üstün tutulur. Bu vəziyyət ABŞ-ın bölgədə mövqelərini itirməsinə səbəb olur, həmçinin Amerikanın regional dostlarını təhqir edir. Özü üçün də bu prosesi dayandırmaq asan deyil”, – Fidan vurğulayıb.\\KONKRET.az