Türkiyəli fiqurlu konkisürən həbs edilibbackend

Türkiyəli fiqurlu konkisürən həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli fiqurlu konkisürən Ali Efe Güneş həbs edilib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Fiqurlu Konkisürmə Federasiyası məlumat yayıb.

İdmançı azyaşlı qızlara mesaj göndərməkdə, seksual qısnama və təhdidlərdə ittiham olunur. Onun 2024-cü ilin dekabrından etibarən federasiyanın bütün tədbirlərində, təlim-məşq toplanışlarında və yarışlarda iştirakına qadağa qoyulmuşdu.

Qeyd edək ki, 20 yaşlı fiqurlu konkisürən 2023-cü ildə Boğaziçi Kubokunun qalibi, həmçinin yeniyetmələr arasında Denis Ten Memorialının bürünc mükafatçısı olub.