Türkiyəli jurnalistlər niyə İrəvana dəvət olunacaq? – AÇIQLAMAbackend

Türkiyəli jurnalistlər niyə İrəvana dəvət olunacaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş nazirinin ofisi “Sülh Yollarının Kəsişməsi” təşəbbüsünü işıqlandırmaq üçün Türkiyə mediasının nümayəndələrini respublikaya dəvət edəcək. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə baş nazir aparatının rəhbəri Arayik Arutyunyan deyib.

O, Ermənistanın 2025-ci il dövlət büdcəsi layihəsinin parlamentin maliyyə və kredit məsələləri üzrə komissiyasında müzakirəsi zamanı əlavə edib ki, yaxın vaxtlarda 4 gün davam edəcək iranlı ekspertlərin də səfəri planlaşdırılır.

Bundan əlavə, bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistanda regionun bir sıra ekspert mərkəzlərinin nümayəndələrinin görüşü keçiriləcək.