Türkiyəli müğənni Yusif Güney saxlanıldıbackend

Türkiyəli müğənni Yusif Güney saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antalyanın Manavqat rayonunun Çardak məhəlləsinin Balamut istiqamətində dünən gecə yanğınsöndürmə zamanı meşə məmurları ilə mübahisə edən müğənni Yusif Güney saxlanılıb.

NOCOMMENT.az Publika.az-a istinadla xəbər verir ki, müğənninin yanğınsöndürənlərlə mübahisəsinə səbəb onun qadağan olunan yerlərə müdaxilə etmək istəyi olub. Yardıma gedən Güney qəzəblənərək yanğınsöndürənlərin üzərinə hücum çəkib.

Müğənni tapança ilə havaya bir neçə dəfə atəş açıb. Y.Güney polis bölməsində sorğu-sual edilir.