Türkiyəli nazir Cəbrayıl və Zəngilanda – FOTObackend

Türkiyəli nazir Cəbrayıl və Zəngilanda – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin “Facebook” hesabında məlumat verilib.

Türkiyəli nazir Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovla birgə Cəbrayılda yem bitkisi toxumunun səpilməsində, Zəngilanın “Qardaşlıq Bağı”nda 5 hektarlıq ərazidə isə Türkiyədən gətirilən meyvə ağaclarının əkilməsində iştirak edib.