Türkiyəli nazirdən Zəngəzur dəhlizi açıqlamasıbackend

Türkiyəli nazirdən Zəngəzur dəhlizi açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Ermənistanla Azərbaycan arasında gərginliyin tezliklə aradan qaldırılmasını və yekun sülhün bərqərar olmasını çox vacib hesab edir.

NOCOMMENT.az ölkə.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Əbdülqadir Uraloğlu “CNNTürk”ə regional kommunikasiyalar, o cümlədən “Zəngəzur dəhlizi” ilə bağlı məsələni şərh edərkən deyib.

“Ermənistan və Azərbaycan tərəfi bu yolu müzakirə edir. İran da alternativdir. İstənilən halda bu dəhliz hansısa ərazidən keçəcək. Ermənistan və ya İran ərazisindən keçməsindən asılı olmayaraq, azərbaycanlı qardaşlarımız prosesi diqqətlə izləyirlər. Biz də prosesi izləyirik”, – Uraloğlu qeyd edib.