Türkiyəli professor Vardanyanı belə ifşa etdi – VİDEObackend

Türkiyəli professor Vardanyanı belə ifşa etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü “dövlət naziri” elan edən Ruben Vardanyan fanatikdir. O deyir ki, istefa verməyəcək. Onsuz da onun istefa verə biləcəyi post yoxdur.

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyənin Maltəpə Universitetinin professoru Hasan Ünal MediaTürk TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Vardanyan sadəcə özünü “dövlət adamı” kimi xəyal edir:

“Elə bilir ki, Qarabağın dağlıq hissəsində dövlət var. Belə dövlət ancaq Marsda ola bilər. Vardanyan da ora getməlidir. Həqiqətdə isə Qarabağda erməni dövləti yoxdur. Ancaq bunları başa salmaq çox çətindir. Bir gün elə, bir gün belə danışırlar. Hesab edirəm ki, azərbaycanlı ekofəalların aksiyası çox doğru addımdır”.

H.Ünalın fikrincə, Vardanyan Ermənistanın rəhbəri olmaq istəyir.

“Bəlkə də, Vardanyan növbəti seçkidə iştirak edib, Ermənistanın rəhbəri olmaq istəyir. Tutaq ki, seçildi, Ermənistanı necə idarə edəcək? Türkiyə ilə əlaqələr normallaşmadan, sərhədlər açılmadan, Azərbaycanla iqtisadi əlaqələrə girmədən xalqı necə dolandıracaq”,- deyə türkiyəli professor Ermənistanda vəziyyətin acınacaqlı olduğunu söyləyib.

 

modern.az