Türkiyəli professorun meyiti kanaldan tapıldı – FOTOlarbackend

Türkiyəli professorun meyiti kanaldan tapıldı – FOTOlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin tanınmış akademiklərindən biri olan Prof. Dr. Orhan Ekrenin meyiti İngiltərənin paytaxtı Londonda yerləşən Regent Kanalında aşkarlanıb.

NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 noyabr 2024-cü ildə itkin düşən Ekrenin cansız bədəni dekabrın 15-də bələdiyyə təmizlik işçiləri tərəfindən tapılıb.

Bu hadisə həm Türkiyə, həm də beynəlxalq akademik dairələrdə böyük təəccüb və suallar doğurub.

Qeyd edək ki, prof. Dr. Orhan Ekren maşınqayırma sahəsində mühüm töhfələr vermiş və İzmir Maşın Mühəndisləri Palatasına üzv olmuş nüfuzlu akademiklərdən biri idi. O, İngiltərənin məşhur Cranfield Universitetində dərs demiş və beynəlxalq mühəndislik sahəsində tanınan alimlərdən biri kimi qiymətləndirilmişdir. Ekrenin fəaliyyəti həm Türkiyədə, həm də xaricdə böyük hörmətlə qarşılanıb.

 

Hazırda Ekrenin ölüm səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. İngiltərədə aparılan yarılma araşdırmaları nəticəsində ölümün səbəbi və detalları üzə çıxarılacaq. Lakin onun müəmmalı yoxa çıxması və sonradan ölümünün bəzi fərziyyələrə yol açdığı bildirilir.