Tanınmış israilli müğənni Ofer Levi ölkənin baş naziri Benyamin Netanyahuya müraciət edib.
NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, o, Türkiyə də daxil olmaqla bir neçə dövlətin məhv edilməsi təklifini irəli sürüb:
“Netanyahuya səslənirəm. Nüvə bombanız varsa, Türkiyə, İran və Yəməni məhv edin. Heç nədən qorxmayın. Biz sizi sevirik. Müharibənin başlamasından çəkinməyin. İsa Məsihi gözləyirik, qurtuluş yaxındadır”.
Xatırladaq ki, son zamanlar İsrail – Türkiyə və İsrail – İran münasibətləri gərginləşən xətt üzrə inkişaf edir.