Türkiyəni NATO-dan çıxarın – Senatordan təxribatçı TƏKLİFbackend

Türkiyəni NATO-dan çıxarın – Senatordan təxribatçı TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olmasını terror təşkilatlarına sığınacaq vermələri səbəbindən dəstəkləməməsi dünya gündəminə çox böyük təsir göstərir.

NOCOMMENT.az xəbər verir ki, Kanada parlamentinin yunan əsilli senatoru Leo Husakos “Twitter” hesabında Türkiyənin haqlı mövqeyini tənqid edərək, təxribatçı təklif irəli sürüb.

Belə ki, senator Finlandiya və İsveçin alyansa üzv olması üçün Türkiyənin NATO-dan çıxarılmasını təkif edib:

“Bu məsələ asanlıqla həll edilə bilər. Sadəcə Türkiyəni və Ərdoğanı NATO-dan atın. Beynəlxalq hüququn aliliyinə hörmət etməyən avtokratlar və hökumətlər NATO-nun bir hissəsi olmamalıdır”.

Leo Husakosun çıxışına hələlik rəsmi Ankaradan reaksiya verilməyib.
modern.az