Türkiyəni Qafqaza birləşdirəcək tunel AÇILIRbackend

Türkiyəni Qafqaza birləşdirəcək tunel AÇILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə Cənubi Qafqazı birləşdirən yeni avtomobil tuneli sabah istifadəyə veriləcək.

NOCOMMENT.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Pirinkayalar” tunelinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans formatında çıxış edəcək.

2 246 metr uzunluğunda olan yeni tunel Ərzurum vilayətinin Uzundərə rayonu ilə Artvin şəhərini birləşdirəcək.

Xüsusən ağırtonnajlı maşınların hərəkətini asanlaşdıracaq tunel həm təhlükəsiz hərəkəti təmin edəcək, həm də yanacaq və vaxta qənaət imkanı yaradacaq.

Tunel Şərqi Anadolunu Ərzurum-Artvin marşrutundan Şərqi Qara dənizə, Türkiyəni də Gürcüstan üzərindən Qafqaza bağlayacaq.

modern.az