Türkiyənin 10 vilayətində baş verən zəlzələ dünya mətbuatında geniş əks-səda doğurdubackend

Türkiyənin 10 vilayətində baş verən zəlzələ dünya mətbuatında geniş əks-səda doğurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşın Pazarcık rayonunda saat 04.17-də baş verən 7,7 bal gücündə zəlzələdən sonra Qaziantepin Nurdağı rayonunda 6,4 bal gücündə zəlzələ baş verib.

NOCOMMENT.az xəbər verir ki, 7,7 bal gücündə zəlzələ Qaziantep, Kahramanmaraş, Malatya, Hatay, Diyarbəkir, Kilis, Adana, Adıyaman, Osmaniye və Şanlıurfa başda olmaqla bir çox şəhərdə hiss olunub. Zəlzələ Türkiyədən başqa Suriya və İordaniyada da hiss olunub, Suriyada isə 42 nəfərin həyatını itirdiyi bildirilib.

Türkiyənin ən azı 10 şəhərində baş verən 7,7 bal gücündə baş verən zəlzələ xarici mətbuatda geniş əks-səda doğurub.

“The New York Times” qəzeti “Ölümcül zəlzələ Türkiyəni vurdu, İsrail və Suriyada hiss olundu” başlıqlı məqalə verdi.

“Guardian” isə “Türkiyə ilə Suriya sərhədinə yaxın bölgədə baş verən 7,8 bal gücündə zəlzələdə ən azı 15 nəfər həyatını itirib” yazdı.