Türkiyənin 20 illik iqtisadi hesabatıbackend

Türkiyənin 20 illik iqtisadi hesabatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki böyük maliyyə böhranı, çevriliş cəhdi, dünyanı bağlayan epidemiya və nəhayət, əsrin fəlakəti… Türkiyə son 20 ildə çox çətinliklərlə üzləşdi. Bəs, bu çətinliklər iqtisadi məlumatlarda necə əks olunub?

NOCOMMENT xəbər verir ki, Türkiyə 20 illik dövrdə 2001 və 2008-ci illərdə iki böyük böhran yaşandı.

Yaxın coğrafiyada çevriliş cəhdi, müharibələr və daxili qarşıdurmalarla yanaşı, tarixdə görünməmiş bir epidemiya da yaşandı.

Nəhayət, əsrin fəlakəti ilə üzləşildi.

Bütün çətinliklərə baxmayaraq, iqtisadi ölçü 900 milyard dolları keçib.

Adambaşına düşən gəlir də 10 min dolları keçib. Son 20 ildə orta artım tempi 4 faizdən 5,5 faizə yüksəlib.

Türkiyə ən çox turist qəbul edən ölkələr arasında 17-ci yerdən 4-cü yerə yüksəlib.

Epidemiyaya baxmayaraq, keçən il 51 milyon 400 min turist və 46 milyard 300 milyon dollar turizm gəliri ilə rekord qırıldı.

100 illik xəyal gerçəkləşdi, ilk yerli elektrik avtomobili TOGG istehsal olundu.

Bütün bunları edərkən büdcədə heç bir güzəşt edilmədi.

Bu nöqtədə Türkiyə artıq qlobal iqtisadiyyatda söz sahibidir. Enerjidən müdafiəyə, nəqliyyatdan infrastruktura qədər hər bir layihə istehsala töhfə verdi.