Türkiyənin “beş dövlət-bir millət” planı – Rus mediasıbackend

Türkiyənin “beş dövlət-bir millət” planı – Rus mediası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya mətbuatı Ermənistan üzərində əldə edilən Qarabağ zəfərində böyük rol oynayan Türkiyənin Qazaxıstan, Türkmənistan və Özbəkistan ilə işbirliyinə diqqət çəkərək, Ankaranın “Beş millət, bir dövlət” planını aktivləşdirdiyini yazıb.

NOCOMMENT.az Moderator.az-a istinadən xəbər verir ki, məqalədə “Qarabağ zəfərinin Orta Asiyada türk hərbi gücünün yaradılması istiqamətində yeni bir addım olduğu” bildirilib.

Qazaxıstanın da Türkiyəyə məxsus “Bayraqdar TB2” pilotsuz uçuş aparatları almağı planlaşdırdığını yazan rus mediası Türkiyənin Qazaxıstan, Türkmənistan və Özbəkistanla əldə etdiyi hərbi müqavilələrə diqqət çəkib.