Türkiyənin bu ərazilərdə qalma müddəti uzadıldıbackend

Türkiyənin bu ərazilərdə qalma müddəti uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələrinin Ədən körfəzi, Somali sahilləri, Ərəb dənizi və bitişik ərazilərdə qalma müddəti daha 1 il müddətinə uzadılır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə göndərilib.

Sənəddə Türkiyə Silahlı Qüvvələrinin sözügedən ərazilərdəki mandatının 2024-cü il fevralın 10-dan etibarən daha 1 il uzadılması nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 2009-cu ildən BMT-nin sülhməramlı missiyası çərçivəsində həmin bölgələrdə xidmət edir. Onların mandatı indiyə qədər 13 dəfə uzadılıb.