Türkiyənin ən varlı adamı, 5,1 milyard dollar sərvət – Murat Ülker kimdir?backend

Türkiyənin ən varlı adamı, 5,1 milyard dollar sərvət – Murat Ülker kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Forbes”in hazırladığı siyahıda dünyanın ən varlı insanlarının sayı 2 min 781-ə çatıb. Bu milyarderlərin ümumi sərvəti 14,2 trilyon dollara çatıb.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki,, bu siyahıda Türkiyədən 27 ad var. Birinci sırada isə Murat Ülker olub. O, 5,1 milyard dollar sərvəti ilə Türkiyənin ən zəngin adamı olaraq siyahıda 597-ci yerdə qərarlaşıb.

Murat Ülker kimdir?

Murat Ülker 21 mart 1959-cu ildə İstanbulun Fatih rayonunda anadan olub. Orta məktəb təhsilindən sonra Murat Ülker liseyə qəbul olub. Sonra Boğaziçi Universitetində biznesin idarə edilməsi üzrə təhsil alıb. Ülker “American Institute of Baking” və “Zentralfachschule der Deutschen Süßwarenwirtschaft” kimi uğurlu məktəblərdə işlə bağlı təhsil alıb. O, ABŞ-da “Continental Baking” şirkətində təcrübə keçib. Bu müddət ərzində o, təkcə Amerikada deyil, Avropada da bir çox fabrik və obyektləri araşdırıb. O, bir çox Beynəlxalq İcra Xidmətləri Korpusunun layihələrində iştirak edib.

O, ilk işinə 1984-cü ildə “Ülker” qrupunda nəzarət koordinatoru vəzifəsində işə başlayıb. Daha sonra əməliyyatlar üzrə baş direktorun müavini və baş menecer vəzifələrində çalışıb. İcraiyyə Komitəsinə üzv olduqdan sonra qrupa daxil olan müxtəlif şirkətlərdə İdarə Heyətinin üzvü vəzifəsində çalışıb. 2008-ci ildə “Yıldız Holdinq”in İdarə Heyətinin sədri olub.

Karyerası boyunca çoxlu sərmayələr edən Murat Ülkerin bir çox markası var. Murat Ülker tərəfindən idarə olunan brendlər aşağıdakılardır:

“ŞOK Marketler T.A.Ş.”, “Pladis”, “Gözde Girişim”, “Superfresh”, “Kerevitaş”, “Aytaç Et”, “Adapazarı Şeker”, “Ülker”, “Godiva”, “United Biscuits”, “Bizim Toptan Marketler” “Besler”, “Derby Tıraş Bıçakları”, “Seç Marketler”, “Penta Teknoloji”, “Polina”, “Azmüsebat Çelik”, “Makina Takım”, “Donuk Fırıncılık Ürünleri”, “Yıldız Tech”.

Bu markalar arasında 2014-cü ildə dünyanın altıncı ən böyük biskvit istehsalçısı olan “United Biscuits” 2016-cı ildə “Godiva”nı satın alaraq dünyanın 3 nömrəli biskvit şirkəti olub.

İdmana, xüsusilə basketbola olan marağı və dəstəyi ilə tanınan Murat Ülker 1993-cü ildə “Ülkerspor Basketbol Klubu”nun yaranmasında fəal rol oynayıb. “Ülkerspor” 2006-cı ildə “Fənərbaxça” ilə birləşənə qədər bir çox gənc istedad yetişdirdib. 4 çempionluq, 6 Prezident Kuboku, 3 Türkiyə Kuboku, eləcə də Avropa Çempion Klublar Kuboku və Korac Kubokunun 1/4 finalı kimi uğurlar qazanıb.