Türkiyənin erməni deputatı İrəvanda görüşlər keçirirbackend

Türkiyənin erməni deputatı İrəvanda görüşlər keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin erməni deputatı Karo Paylan Ermənistan parlamentinin sədri Alen Simonyanın qəbulunda olub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, görüşdə A.Simonyan deyib ki, Ermənistan Karo Paylanın ermənipərəst və mühüm fəaliyyətini böyük diqqətlə izləyir.

“Türkiyədə yaşayan milli azlıqların hüquqlarının müdafiəsini diqqət mərkəzində saxlamağınız son dərəcə vacibdir”, – deyə Alen Simonyan bildirib.

Görüşdə Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı söhbət aparılıb.

Karo Paylanın sözlərinə görə, sərhədlərin açılmasına dair müzakirələrlə bağlı Türkiyədə yaşayan insanların geniş təbəqəsində məlumat çatışmazlığı var. O, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılma prosesi ilə bağlı təəssüratlarını və müşahidələrini təqdim edib.

Türkiyə Xalqların Demokratik Partiyasının üzvü Karo Paylan bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanla görüşmüşdü.