Türkiyənin erməni deputatından ÇAĞIRIŞ: İndi sülh zamanıdırbackend

Türkiyənin erməni deputatından ÇAĞIRIŞ: İndi sülh zamanıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Böyük Millət Məclisində Xalqların Demokratik Partiyasını (HDP) təmsil edən erməni əsilli deputat Karo Paylan tviter hesabında diqqətçəkən paylaşım edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Ermənistanda səfərdə olan deputat Ağrı dağının ətəyində lentə alınmış fotosunu paylaşaraq, Bakı və İrəvanı sülhə çağırıb.

“Mən Ağrı dağının erməni tərəfindən Türkiyəyə qayıdıram. İndi Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olması və Türkiyə-Ermənistan sərhədinin açılması zamanıdır.

Biz hamımız müharibələrdə məğlub olmuşuq. İndi sülh üçün təkan vermək və bütövlükdə qalib gəlmək lazımdır”, – deyə Paylan paylaşımını türk, ingilis və erməni dillərində yayıb.

Qeyd edək ki, deputat Karo Paylan Ermənistana səfəri çərçivəsində bu ölkənin rəhbər şəxsləri ilə görüşlər keçirib, Ermənistan-Türkiyə münasibətlərinin normallaşma prosesi barədə danışıqlar aparıb.