Türkiyənin hakim partiyası Öcalanın çağırışına münasibət bildiribbackend

Türkiyənin hakim partiyası Öcalanın çağırışına münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Efkan Ala PKK terror təşkilatının həbsdəki lideri Abdulla Öcalanın tərəfdarlarına çağırışına münasibət bildirib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, partiya rəsmisi Türkiyə üçün çağışın nəticə verib-verməyəcəyinin vacib olduğuna diqqət çəkib.

“Çağırışın mahiyyəti silahı yerə qoymaq və terror təşkilatının özünü ləğv etməsidir. Biz nəticəyə baxacağıq”.

Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb.