Türkiyənin məşhur aktrisasının əri öldürüldü – FOTObackend

Türkiyənin məşhur aktrisasının əri öldürüldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin məşhur aktrisası və aparıcısı Ece Erkenin əri, vəkil Şafak Mahmutyazıcıoğlu öldürülüb.

NOCOMMENT.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə dünən gecə saatlarında İstanbulun Bakırköy rayonunda qeydə alınıb.

Restoranların birində naməlum şəxslərin silahlı hücumuna məruz qalan Şafakın həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hadisə zamanı vəkilin sürücüsü də yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ece Erken Şafak Mahmutyazıcıoğlu ilə ötən ilin yayında evlənmişdi.