Türkiyənin terrorçulara qarşı aktiv mübarizəsi – İlin əvvəlindən…backend

Türkiyənin terrorçulara qarşı aktiv mübarizəsi – İlin əvvəlindən…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə ilin əvvəlindən 670-dən çox terrorçunu zərərsizləşdirib”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, antiterror tədbirləri həm İraqın şimalında, həm də Suriya ərazisində həyata keçirilib.

Bu müddət ərzində Türkiyə ordusu İraqın ərazisində 280, Suriyada 393 yaraqlını zərərsizləşdirib.

Əməliyyatlar təkcə PKK və İŞİD terrorçularına qarşı deyil, həm də Fethullah Gülen terrorçularına qarşı aparılıb.