Türkiyənin vitse-prezidentinin tədbirdə çıxış edərkən halı pisləşdi – VİDEObackend

Türkiyənin vitse-prezidentinin tədbirdə çıxış edərkən halı pisləşdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin vitse-prezidenti Fuad Oktay “Kiber Təhlükəsizlik Həftəsi” münasibətilə təşkil edilən proqramda çıxışı zamanı narahatlaşıb.

NOCOMMENT Haber Global-a istinadən xəbər verir ki, çıxışının axırına yaxın kürsüdə halı pisləşən F.Oktaya həkimlər ilk müdaxiləni ediblər.

Bir müddət dincələn Oktay yenidən səhnəyə çıxıb.

O qeyd edib ki, narahatlığına səbəb yuxusuzluq və yorğunluq olub.

Ankara Universitetinin rektoru Necdet Ünüvar bildirib ki, onun təzyiqi aşağı düşüb, başqa problem yoxdur.