Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönübbackend

Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağır yaralanan və müalicə üçün YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilən 2 qazimiz sağalaraq Vətənə geri dönüb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən NOCOMMENT-ə verilən məlumata görə, qazilərimiz – Əliyev Nizami Eldar oğlunun və Rəhimzadə Əşrəf Valeh oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.

YAŞAT Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 54 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.