Türkiyəyə səfər etmək istəyən azərbaycanlıların NƏZƏRİNƏbackend

Türkiyəyə səfər etmək istəyən azərbaycanlıların NƏZƏRİNƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, cari ilin 13 avqust tarixində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” qüvvəyə minib.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən verilən məlumatda qeyd olunub ki, Sazişə əsasən, Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlılıq müddəti ən azı 6 (altı) ay olmalıdır.

“Bu baxımdan, Türkiyəyə səfər etmək istəyən, ya da Azərbaycana Türkiyə üzərindən getməyə hazırlaşan Azərbaycan Respublikasının vətəndaşları pasportlarının etibarlılıq müddətinə diqqət yetirməli və onun bitməsinə 6 aydan az vaxt qalıbsa, mütləq yenisi ilə əvəzləməlidirlər”.